Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Mehtiyev Yasənin qardaşı Murad
Mehtiyevin toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon
İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının
rəhbərləri, YAP rayon təşkilatının sədri, Vətən müharibəsi qaziləri, veteranları iştirak
ediblər.Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış
edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Yasən kimi oğlulların
sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin
keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər
oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların
problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət
qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini
bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və
veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu
qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş
arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, şəhid Mehtiyev Yasən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin
azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
olunub.
Tarix: 28-01-2023, 17:12