`Kapital Bank` 2 QAT ƏDV FIRILDAĞI... - GİLEY


 "Şikayətim 2 qat qayıtmayan ƏDV-dəndi. Hörmətli "Kapital Bank" o boyda reklam edir ki, "2 qat ƏDV", filan... biz də onun həvəsinə kart sifariş verib istifadə edirik, amma..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Arif Hacızadə adlı istifadəçi giley edir.

`Kapital Bank` 2 QAT ƏDV FIRILDAĞI...

Narazı vətəndaş daha sonra yazır: ""Kapital Bank" əməkdaşları şikayətlə bağlı müraciət də qeyd edirlər, həmin müraciətlərin sayı 3 olur hətta, hər müraciətə şablon cavab da yazırlar. Amma ƏDV hörmətsizlik edib 2 qat qayıtmır ki, qayıtmır ... İndi bu ƏDV məsəlısinə görə bankın reklamına da inam itir, əməkdaşların guya 10 günə araşdırılası deyib əsrlərlə çəkən 3 müraciətinə də etibar qalmır. Necə edək, ay ƏDV. Bank da yardımçı olmursa kimə şikayət edək? Və birdə ki mənə vəsaitin qayıtması üçün yenə şərtlər toplusu göndərməyin, yalan uydurmadı hamısı. Bezdik ta..."

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 11-02-2023, 09:19
Xəbəri paylaş





Xəbər lenti