Dövlət Məşğulluq Agentliyi Şəhid Etibar Mahmudova xəbərdarlıq edib - FOTO

Dövlət Məşğulluq Agentliyinə nəzarət edən VARMI?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Məşğulluq Agentliyi Vətən Müharibəsi Şəhidi Etibar Mahmudova xəbərdarlıq göndərib.

Bu barədə Mingəçevirdən olan Şəhidin anası Əsmayə Mahmudova bildirib. Məlumatı jurnalist Kamil Həmidov açıqlayıb. Rəsmi bildirişi alan ana heyrətlənib.

Fevralın 14-də göndərilmiş bildirişdə deyilir ki, Şəhid fərdi məşğulluq proqramını əldə etmək üçün 5 gün müddətində regional məşğulluq mərkəzinə yaxınlaşmalıdır. “Əks təqdirdə işsiz kimi qeydiyyatdan çıxarılacaqsınız“-deyə bildirişdə qeyd olunur.

Etibar Mahmudov 44 günlük Vətən müharibəsində iştirak edib və noyabr ayında döyüş zamanı şəhid olub.

“Mənim övladım iki il 3 ay bundan öncə Şəhid olub. Bunların heçmi dünyadan xəbərləri yoxdur? Bu qədər məsuliyyətsizlik, bu qədər vicdansızlıq olarmı? Şəhidə verdikləri dəyər, ehtiram budurmu?”-deyə anası etirazını bildirib.

“Mesajı oxuyub, gözlərimə inanmadım, elə bildim yuxudayam” -deyən ana bildirib ki, rəsmi bildiriş Şəhidin adına olan nömrəyə deyil, ananın telefonuna göndərilib.

Məşğulluq Agentliyinin belə kobud səhvinin, Şəhidinin adının indiyə qədər məşğulluqla bağlı siyahıda necə qalmasının səbəbi məlum deyil.

Azpost.info

Dövlət Məşğulluq Agentliyinə nəzarət edən VARMI?

Tarix: 16-02-2023, 17:45
Xəbəri paylaş





Xəbər lenti