Qarabağ Qazisi Elçin Quliyevə: "Cavab verməsən, daha kəskin yazılarımın şahidi olacaqsan"

Qarabağ Qazisi Elçin Quliyevə:
Dəyərli dostlar, bir az əvvəl Cəbrayıl şəhərində Sərhəd qoşunlarında xidmət edən gizir və zabitlərimiz üçün istifadəyə verilmiş binanın görüntülərini paylaşmışdım. O binada şəxsən mənim evimdə məskunlaşan kimsə ona halallıq verirəm!
Amma burdan Sərhəd qoşunlarının komandanı Elçin Quliyevə səslənirəm. O binada vaxtılə yaşayan sakinlər susa bilərlər. Amma mən susmayacağam. Səbəbini isə Sizə izah etməyə ehtiyac duymuram. Bu videoya da bax, cənab komandan, sən məni yox, o binada yaşayan, ora qayıtmaq arzusu olan 120 nəfər ailəni məhv etdin. İndi bu videonu izlə, Elçin Quliyev, mənim yerimə, mənin övladlarımın sualına bir ata kimi cavab ver! Cavab verməsən, daha kəskin yazılarımın şahidi olacaqsan! Səndən fərqli mənim bu millətdən gizlədiləsi bir şeyim yoxdur! 
Kimin imkanı çatırsa, paylaşsın!
 
Vaqif Əlisoy, Cəbrayıl sakini, Qarabağ Qazisi
Tarix: 17-02-2023, 22:32
Xəbəri paylaş





Xəbər lenti