Bakıda “qeydiyyat maklerləri” peyda olub: 30 manat cərimələnməmək üçün nə qədər vermək lazımdır?


Bakıda “qeydiyyat maklerləri” peyda olub: 30 manat cərimələnməmək üçün nə qədər vermək lazımdır?

Son günlərin müzakirə olunan mövzularından biri də yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşların qeydiyyat məsələsidir. 
Belə ki, yaşayış yerini dəyişən vətəndaşlar 60 gündən artıq yaşayacaqları haqda 7 iş günü ərzində müraciət edib qeydiyyata düşməlidirlər. Bu qaydaya əməl etməyən vətəndaşlara əvvəl xəbərdarlıq ediləcək, sonra isə onlar 30 manat məbləğində cərimə olunacaqlar. Bu məsələ bütün regionlara aid olsa da, əsasən rayonlardan paytaxta gələn vətəndaşları daha çox narahat edib. 
Hazırda rayon qeydiyyatında olub paytaxtda yaşayan, işləyən xeyli sayda vətəndaş var. Onlar ya qohumlarının, ya da kirayə yaşadıqları mənzilə qeydiyyata düşməlidir. Lakin heç də kirayə verilən mənzil sahiblərinin hamısı vətəndaşla kirayə müqaviləsi bağlamağa maraqlı deyil. 
Ona görə də Bakıda yaşayan rayon qeydiyyatında olan vətəndaşlar hansısa formada paytaxtdakı mənzillərə qeydiyyata düşmək məcburiyyətindədirlər. Bu müzakirələrdən sonra Bakıda mənzil sahibi olanlar müəyyən məbləğ qarşılığında vətəndaşları mənzillərinə qeydiyyata alırlar. Bununla bağlı sosial şəbəkələrdə elanlar da paylaşılıb.
Cebhe.info həmin elanda göstərilən nömrələrlə əlaqə saxlayıb, şərtləri öyrənib. Elan sahibi bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqəsi olanları qeydiyyata almaq üçün 300 manat, köhnə şəxsiyyət vəsiqəsi olanlardan isə 450 manat tələb olunur. 

Həmsöhbətimiz bunu sözügedən vəsiqələrin qəbulunda problemlərin yaranması ilə bağlı olduğunu bildirib. Bundan başqa, qeydiyyata alınan şəxsdən hazırda onun polis orqanlarının inzibati binasında və ya öz evində qeydiyyatda olması, məhkumluğu, hərbi vəzifəsi haqqında məlumatlar, ölkəyə giriş-çıxışa qoyulan qadağanın da olub-olmaması öyrənilir. Rayon qeydiyyatında olan vətəndaşları Bakıda evə qeydiyyata saldırmaq istəyən şəxs qeydyyatın ASAN Xidmət mərkəzlərində aparıldığını və şəxsin öz istəyi ilə nə zaman istəsə qeydiyyatdan çıxa biləcəyini deyib. 

Tarix: 18-02-2023, 11:04
Xəbəri paylaş





Xəbər lenti