Vəkil: “Bəxtiyar Hacıyev qeyri-insani rəftara məruz qaldığını bildirir”

Fevların 19-da Penitensiarın Xidmətin Müalicə Müəssisəsində saxlanılan Bəxtiyar Hacıyev vəkili Zibeydə Sadıqovaya zəng edib.
Bu barədə Z.Sadıqova özü Azadlıq Radiosuna danışıb. Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev saxlanma şəraitindən şikayət edib:
“Bəxtiyar Hacıyev Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qaldığını bildirir. Deməsinə görə, bir neçə nəzarətçi bütün günü otaqda ona nəzarət edir. Əlavə etməsinə görə, O, yatanda televizoru yandırırlar, xahiş edir ki, TV söndürülüsün ki, yata bilsin, amma TV-ni söndürmürlər. Ümumiyyətlə, bildirməsinə görə, onun saxlanıldığı otaqda çoxlu nəzarətçi olur. Halbuki, bir nəfərlik çarpayısı olan kiçik otaqdır”.
Vəkilin vurğulamasına görə, Bəxtiyar Hacıyev bununla bağlı Bakı İstintaq Təcridxanasına qayıtmaq istəyir.
“ Xahiş etdi ki, bu durumuyla bağlı Penitensiar Xidmətə şikayət edim”,-deyə Zibeydə Sadıqova əlavə edib.
Ombudsmana da şikayət edəcəyini bildirən vəkil onun quru aclıq aksiyasını davam etdirdiyini söylədiyini bildirib.
Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu
Tarix: 20-02-2023, 08:47
Xəbəri paylaş





Xəbər lenti