Mustafa Babanlı ADNSU-da nələri dəyişdi? - Professor Rafiq Əliyevdən orijinal təbrik...

Mustafa Babanlı ADNSU-da nələri dəyişdi? - Professor Rafiq Əliyevdən orijinal təbrik...
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının 55 yaşı tamam olur. Ölkənin tanınmış universitetlərinin birinə rektor təyin edildikdən sonra az qala, inqilabi işlər görən rektor ali təhsil sistemində bir çox yeniliklərə imza atmış oldu.
 
Dünya çapında tanınan alim, dahi Lütfi Zadə irsinin elmi varisi, professor Rafiq Əliyev Moderator.az-a açıqlamasında ADNSU-da aparılan islahatları təqdir etdiyini bildirib:
“İstənilən  universitetdə rektor olmaq üçün 3 xüsusiyyət çox vacibdir: Birincisi, elmi tədqiqat bacarıqları və onların uğurıu tətbiqi; elmsiz  nə təhsil olar, nə də inkişaf.
İkinci müsbət xüsusiyyət - rektor təhsili bilən adam olmalıdır. O, sıravi müəllimlikdən başlayaraq, dosent, kafedra müdiri və s. bütün bu mərtəbələri keçməlidir.
Üçüncüsü, liderlik xüsusiyyətinin varlığı.  Burada söhbət həqiqi liderlik bacarığından  gedir. Yəni,  o, insanlarla təmasda olmalı,  sayğı qazanmalıdır. Mən bəzi yazılarımda da qeyd etmişəm, xoşbəxtliyin ən böyük atributu, sənin haqqında icimai fikrin necə olmasıdır.  Liderlik səriştəsini bunda görürəm.
Mən sadaladığım bütün bu xüsusiyyətlərin hər birini Mustafa Babanlıda görmüşəm.
M.Babanlı, Şərq əxlaqlı, ata-babadan gələn adət-ənənələrə sadiq, milli ədəb-ərkanı gözləyən şəxsiyyətdir. Bir rektor kimi iə qərbyönümlü adamdır. Bu gün də dünyanın ən yaxşı universitetlərinin əksəriyyəti elə Qərbdə - ya ABŞ-da, ya da Avropada yerləşir. Yalnız Yaponiya, Çində bir neçə belə universitet var. Bu baxımdan onun yanaşması  çox önəmlidir.
Təxminən, 3 il əvvəl Mustafa Babanlının “World Scientific “-də monoqrafiyası çap olunub. Azərbaycanda çox az sayda elm adamının həmin nəşriyyatda çap olunub. Bundan əlavə, onun materialşünaslıq sahəsindəki kitabı öz sahəsinə görə dünyann ən məşhur seçilmiş elmi ədəbiyyatı siyahısındadır.
Bir rektor kimi vəzifəyə gəldiyi ilk gündən bu günə qədər əsas məqsədi  ADNSU-nu elmyönümlü universitetə çevirməkdir. Universitetləri müqayisə etdikdə birinci növbədə onlara elmi aspektdən nəzər salınır. Bu baxımdan, Mustafa Babanlı ADNSU üçün xeyli işlər görüb. Belə ki, Mustafa  müəllimin gəlişindən sonra məşhur jurnallarda çap olunan məqalələrin sayı tam mübaliğəsiz faktla deyə bilərəm ki, təxminən 40-50 dəfə artıb. 
Ölkəmizdə artıq 102 ildir  universitetlər fəaliyyət göstərir. Azərbaycanın heç bir universiteti  bu günə qədər beynəlxalq akkreditasiyadan keçməyib.  Yeganə olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 18 ixtisas beynəlxalq akkredetissiyadan keçib.  Bunun özü universitet təhsilinin inkişafı üçün çox böyük addımdır.
Mənə görə ən vacib məsələ  odur ki, M.Babanlının rektorluğu dövründə ADNSU-da etik standartlar 100%-ə yaxınlaşıb. Mən həmişə demişəm ki, 100% Tanrının özüdür. Ola bilər,  bu Avropa, Amerika mühiti üçün elə bir göstərici deyil, amma bizim üçün vacib məsələdir”.
Tarix: 22-02-2023, 08:06
Xəbəri paylaş





Xəbər lenti