Yazıçı: "Heç bir xalqın yemək sevgisi bizimkinə çata bilməz"


“Azərbaycanlı olaraq ən sevdiyim xüsusiyyətimiz, loru dildə desək, qarınqululuğumuz, mədəni dildə desək, hedonistliyimizdir. Heç bir xalqın yemək sevgisi bizimkinə çata bilməz. Biz yeməyi o qədər sevirik ki, bütün romantikliyimiz, fəlsəfəmiz, siyasətimiz, misallarımız yeməklə bağlıdır. Xalq şəlalə dibinə, dağ başına, sahil boyuna sevgilisini aparanda, biz dağ başına, şəlalə dibinə, dəniz sahilinə yemək aparırıq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Günel Mövlud bildirib.
 
“Xalqın alpinistləri dağ zirvələrini fəth edəndə biz kilolarla qarpızı, quzu cəmdəyini, samovarı, manqalı, qab-qaşığı, şişləri, ədyalları dağ başına qaldırırıq ki, orda kabab çəkək, qarpız kəsək, samovar çayı içək.  Xalqın fotoqrafları mənzərəli yerləri, şəlalələri, bulaqları, kanyonları çəkib, ölkəsinə turist cəlb edəndə, biz o su hövzələrinin hamısının yanında manqal qoyuruq, kartof külləməsi edirik, samovar tüstülədirik. Bütün bunları edirik və əcəb edirik! Yemək xoşlayan adamdan zərər gəlməz...” – G.Mövlud qeyd edib.
Tarix: 1-03-2023, 11:37
Xəbəri paylaş





Xəbər lenti