İqtisadiyyat Nazirliyi “JEK”-in məktubunu Konstitusiyadan üstün tutur

İqtisadiyyat Nazirliyi “JEK”-in məktubunu Konstitusiyadan üstün tutur

Bəs Prezident Administrasiyası, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ombudsman…?
Xətai Məhkəməsinin 26.05.2009-cu il tarixli 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli 2 (011)-855/11 saylı 2 (!!) qətnaməsi ilə sahibkarlıqla məşğul olmağa 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri-yaşayış otaqlarını borclular ƏMDK (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri saxta şəhadətnamə ilə mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirib,  öncə həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının, bank məhkəmə cavabdehliyi qarşısında bunu yalanlayanda 12 yaşlı Hüseynov Aydın Bəxtiyar oğlunun və 2021-ci ilin sentyabrında ata adı olmayan Türkiyə vətəndaşı Kerem Sezerin adına sənədləşdiriblər. Bunu rəsmi məktublarla borclu İqtisadiyyat Nazirliyi, yanındakı dövlət xidmətləri bildirib.
Maraqlıdır ki, iqtisadiyyat naziri Mikayıl Cabbarova media üzərindən və birbaşa e-hökumət portalından müraciətlərə, şəxsiyyət vəsiqəsində ata adının olmaması saxtalığı bir yana, məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə 14 il qabaq verdiyi otaqların 13 il sonra Türkiyə vətəndaşına verilməsi saxtalığına nazir cavab verməkdən imtina edir.
Baş Prokurorluq və yanındakı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən heç danışmağa dəyməz. Kamran Əliyev korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi kimi 10 il müddətində və indi də baş prokuror kimi korrupsiyaya qarşı mübarizə əvəzinə, korrupsiya uğrunda savaşa girişib. Onu əvəz edən Nazim Rəcəbov da eləcə. Bu illər ərzində 161-ə minlərlə şikayət edilsə də, sonuc verməyib. Daha doğrusu, sonuc şikayətçi 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verilməsi olub.
Bəli, bəli, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Orxan Hüseynov icra məmuru Ceyhunun basqısı ilə şikayətçi 1-ci dərəcəli Qarabağ qazisini məhkəmə qərarının icrasını tələb etmək “cinayəti” ilə şantaj edib. Özbaşınalığı göz önünə gətirin, icra məmuru dövlətin adından çıxarılan məhkəmə qərarını icra etməyə borclu olduğu halda, tələbkara cinayət işi sifariş edir! Belə hüquqla yalnız Avropa İnsan Hüquqları Məhkəməsinə kimi getmək olar. Ona da “Azərpoçt” şikayəti itirməklə badalaq atmasa. Vurğulamaq yerinə düşər ki, 12 il olacaq ki, hörmətli vəkil T. Bahadırbəylinin Avropa Məhkəməsinə şikayəti qəbul edilsə də, kommunikasiya prosedurundan xəbər yoxdur. Bu xəbərsizlik “Azərpoçt”un “dövlət marağı”ndan qaynaqlanır, yəqin.
Nə isə, başlığa çıxardığımız mövzudan uzaqlaşmayaq. Borclu İqtisadiyyat Nazirliyinin başçısı Mikayıl Cabbarova məhkəmə qətnamələrinin icra olunmamasından şikayəti ənənəvi olaraq barəsində şikayət edilən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov cavablandırıb. Elçin Yusubov Xətai məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarının Nizami MKTB-nin 19.02.2008 tarixli məktubu (?) ilə icarəyə verildiyini, adı açıqlanmayan icarəçi  tərəfindən günü, ayı bilinməyən 2008-ci ildə özəlləşdirildiyini 01.03.2023-cü il tarixli məktubla bildirib. Bu cavabın saxtalığı göz qabağındadır : 1-cisi, MKTB-nin dövlət əmlakına sərəncam vermək hüququ yoxdur (özü də anonim şəxsə) ; 2-cisi, Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi çıxarılanda hakim öz təşəbbüsü ilə Nizami MKTB -ni 2-ci cavabdeh kimi cəlb edib və onu borclu edən akt qəbul edib. Nizami MKTB həmin əmlakı artıq 2008-ci ildə icarəyə vermişdisə, niyə məhkəmədə bildirməyib və həmin özəlləşdirmə sənədini təqdim etməyib? 3-cüsü və ən başlıcası, dövlətin adından çıxarılan məhkəmə qərarı “JEK”-in məktubundan, ƏMDX-nın saxta -doğru şəhadətnaməsindən aşağıda ola bilməz!
Bəlkə Konstitusiyaya dəyişiklik edilib, xəbərimiz yoxdur? Yoxsa, bu yekəlikdə İqtisadiyyat Nazirliyi, yanındakı ƏMDX “JEK”-in məktubunu Konstitusiyadan üstün tutmazdı. Bəs Prezident  (Administrasiyası) , Konstitusiya Məhkəməsi , Ali Məhkəmə,  Ombudsman nə fikirdədirlər?
DOĞRUDANMI AZƏRBAYCANDA “JEK”-İN MƏKTUBU KONSTİTUSİYADAN ÜSTÜNDÜR? !
Məğrur BƏDƏLSOY
Tarix: 2-03-2023, 22:41
Xəbəri paylaş





Xəbər lenti