“Kənd məktəblərində çalışan müəllimlərə güzəştli kreditlər verilsin”-Deputatdan təklif


Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün təşkil olunan brifinqdə müəllimləri əmək haqqısı barədə danışıb.Onun sözlərinə görə, hazırda ölkədə hər dörd müəllimdən birinin maaşı 1000 manatdan yuxarıdır.
 
Orta aylıq əmək haqqı isə 750 AZN-dir. Bəs, müəllimlər üçün əlavə hansı güzəştlər tətbiq olunmalıdır?
 
Deputat Kamilə Əliyeva müəllimlərin rifahının yaxşılaşdırılması  üçün tətbiq olunmalı güzəştlərlə bağlı Moderator.az-a danışıb.
 
“Təhsil Bu gün Azərbaycan Respublikasında prioritet sahələrdən biridir. Ölkə başçısı daim təhsilə qayğı göstərir. Müəllimlərin maaşlarının artırılması, onların həyat şəraitinin yaxşılaşdırılması üçün daim işlər görülür. Demək olar ki, hər il bu qəbildən addımlar atılır. Keçdiyimiz günlərdə də müəllimlərin maaşlarının artırılması ilə bağlı yeni sərəncam imzalandı. Bütün bunlar bir daha ölkənin həm təhsilə, həm də müəllimlərə  qayğısının nəticəsidir.
 
İlbəil müəllim peşəsini seçən abituriyentlərin də sayında gözlə görünən dərəcədə artım mövcuddur. Əvvəlllər müəllimlərin maaşlarının azlığı bu sahəyə marağı azaltmışdı. Xüsusilə son islahatlardan sonra müəllimlər dövlət sektorunda ən yüksək maaş alanlar siyahısındadırlar.  Nəticədə müəllimlik peşəsinə maraq da, bu peşəni seçən abituriyentlərin sayı da olduqca artıb. Bütün bunlar dövlətin müəllim peşəsinə qayğısının nəticəsidir. Xüsusilə kənd məktəblərində çalışan müəllimlər üçün güzəştli kreditlərin verilməsi sevidirici hal olardı. Bu yolla bölgələrdə yaşayan müəllimlər torpaq sahələrində öz evlərini tikə bilərdilər”.
Tarix: 3-03-2023, 08:27
Xəbəri paylaş





Xəbər lenti