9 deputat 3 ildə bir dəfə də olsun çıxış etməyib - SİYAHI
Bu günlərdə sosial şəbəkələrdə Milli Məclis üzlərinin aktivliyi və passivliyi ilə bağlı məlumat yayılıb. Yayılan məlumat geniş əks-səda doğurub. Çünki, bəlli olub ki, bəzi deputatlarımız Milli Məclisin plenar iclaslarında illərdir ki, danışmırlar. Məsələn, 2020-2022-ci illərdə Milli Məclisin yaz, payız və növbədənkar sessiyaları ərzində 118 plenar iclası keçirilib.
Lakin, bu qədər iclasda 9 Millət vəkili bircə dəfə də olsun söz alıb, danışmayıb. Son 3 ildə plenar iclasda danışmayan deputatlarımız bunlardır.
1. Vasif Talıbov, 2. Madər Musayev, 3. Ülvi Quliyev. 4. Mixail Zabelin 5. Oqtay Əsədov 6. Anatoli Rafailov 7. Ağalar Vəliyev 8. Ülviyyə Ağayeva 9. İmamverdi İsmayılov
2022-cil ildə Milli Məclisin yaz, payız və növbədənkənar sessiyaları ərzində isə 37 plenar iclası keçirilib. Bu iclaslarda isə 20 deputat danışmayıb. Milli Məclisin ötən ilki iclaslarında danışmayan deputatlarsa bunlardır:
1. Vasif Talıbov 2. Ülviyyə Ağayeva 3. Ülvi Quliyev 4. Kəmaləddin Qafarov 5. Ziyad Səmədzadə 6. Novruzəli Aslanov 7. Rasim Musabəyov 8. Oqtay Əsədov 9. Afət Həsənova 10. Ramil Həsən 11. Mixail Zabelin 12. Azər Kərimov 13. Madər Musayev 14. İmamverdi İsmayılov 15. Nizami Cəfərov 16. Bəxtiyar Sadıqov 17. Səttar Möhbalıyev 18. Anatoli Rafailov 19. Ağalar Vəliyev 20. Elman Məmmədov
Bizim.Media olaraq danışmayan deputatların bir çoxu ilə əlaqə saxlamaq istədik. Lakin, cəhdlərimiz əsasən boşa çıxdı.
Yalnız Millət vəkili Nizami Cəfərov telefonun dəstəyin qaldırdı. Və siyahıyla qismən razı olduğunu bildirdi:
“Bəli, mən adətən plenar iclaslarda çıxış etmirəm. Çünki, plenar iclasda çıxış etmək daha çox çıxış xatirinə olur. Məsələn, hansısa qanun layihəsinin ikinci və yaxud üçüncü oxunuşunda təklif vermək o qədər də faydalı deyil. Çünki, artıq müəyyən qərarlar verilmiş olur. Lakin komitə iclasında olunan əksər təkliflər qanun layihəsində nəzərə alınır. Ona görə də mən də komitə iclasında təklif və iradlarımı deyirəm ki, sözüm yerə düşməsin, qəbul edilsin”.
Millət vəkili bir təklif də verdi:
“Yaxşı olardı ki, monitorinq aparılsın ki, plenar iclasda səslənən təkliflərin neçə faizi qanun layihəsində sonradan öz əksini tapır”. Bizim.Media