Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verir? - İTTİHAM


Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlunun ailə üzvləri vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan bir nüsxəsidə Siam.az saytına göndərilın müraciətdə deyilir:

Yazaraq bildirmək istəyirəm ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində özbaşınalıq davam edir. Dövlətin qoyduğu qayda-qanunlara riayət etməyən müəssisə rəisi Mayıl Məmmədov xəstə məhkumlar üzərində hegemonluq etməkdədir. Adi bir anlaşılmazlıq səbəbilə, yaxud məhkumlar öz haqq və hüquqlarını tələb etmək istədikdə, onların şərəf və ləyaqəti alçaldılır, işgəncələrə məruz qalırlar. Bundan əlavə, müəssisə daxili gizli şəkildə narkotik vasitələrin ticarəti həyata keçirilir. Mayıl Məmmədovun bütün qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir. Həyətdə inşa edilmiş otaqlar var, hansıki rəis Mayıl Məmmədov bu yerləri çox bahalı qiymətlərə imkanlı məhkumlara satır. Müalicə Müəssisəsinin binasında olan təmirli və normal şəraitlə təmin olunmuş otaqları isə rüşvət qarşılığında xəstə məhkumlara verirlər. Lakin mən Mayıl Məmmədova və ya onun rüşvətxor komandasına rüşvət vermədiyinə görə, onlar məni burada soyuq otağa saldılar. Halbuki mən 1-ci qrup əliləm. Səhətimdə ağırlaşmalar olduğu üçün Cəzaçəkmə Müəssisələrindən təcili şəkildə buraya etab edilmişəm. Mayıl Məmmədov digər xəstə məhkumlara etdiyi kimi, mənim də haqqımı qəsb elədi. Artıq bir neçə gündür ki, Müalicə Müəssisəsindəyəm. Baxımsızlıq ücbatından vəziyyətim daha da pisləşib.
Mən mətbuat vasitəsilə üzümü cənab Prezidentə, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə tutaraq xahiş edirəm, Penitensiar Xidmətin Müalicə Müəssisəsində geniş və növbədənkənar obyektiv yoxlamalar aparılsın. Bununla yanaşı, hüquq mühafizə orqanları mənim təhlükəsizliyimi təmin etsinlər. Ümid edirəm ki, burada xəstə və çarəsiz məhkumlara edilən haqsızlıqlara son qoyulacaq, Mayıl Məmmədov və onun hegomon heyəti layiqli cəzasını alacaqdır.

Siam.az olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dörc etməyə hazırıq!
Tarix: 4-03-2023, 09:24
Xəbəri paylaş





Xəbər lenti