Gənclər hansı ölkələrdə yaşamaq istəyir?


Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğuda iştirak edən respodentlərin 56%-i Abşeron yarımadasında, 44%-i isə ölkənin digər bölgələrində yaşayan gənclərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub. Sorğu haqqında ümumi məlumat və nəticələri ilə bağlı öncəki hesabatla buradan tanış ola bilərsiniz.
Respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavablar göstərir ki, cəmi 11%-i Azərbaycanda, 89%-i isə digər ölkələrdə yaşamaq istəyir. Sorğu iştirakçıları cavablarında ümumilikdə 41 fərqli ölkənin adını çəkib. Sual açıq sual formasında verilib və cavab variantı olaraq heç bir ölkənin adı qeyd edilməyib. Nəticələrdən aydın olur ki, gənclərin ən çox yaşamaq istədikləri ölkə Amerika Birləşmiş Ştatlarıdır (bax: Cədvəl 1). Norveç və Almaniya da respodentlərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündədir. Hazırda azərbaycanlı miqrantların ən çox yaşadığı ölkə olan Rusiyanın adı ilk onluğa düşməyib. Respodentlərin cəmi 1%-i yaşamaq istədikləri ölkənin Rusiya olduğunu bildirib.
Cədvəl 1: Respondentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:
Nəticələrə görə, ABŞ, Norveç və Almaniya gənclərin ən çox yaşamaq istədikləri xarici ölkələrin ilk üçlüyündə yer alsa da, nəticələrin respodentlərin yaşayış yerləri üzrə təhlilində fərqli trendlər nəzərə çarpır. Məsələn, sırf Abşeron yarımadasından kənardakı regionlarda yaşayan gənclərin yaşamağı arzuladıqları ölkələr arasında Azərbaycan ilk sıradadır (bax: Cədvəl 2). Region gənclərinin ən çox yaşamaq istədikləri xarici ölkə isə Türkiyədir. Eyni zamanda, regionda qeydə alınan cavablar arasında “bilmirəm” varinatı da ilk onluğa daxil olub.
Cədvəl 2:  Regionlarda yaşayan gənclərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:
Abşeron ərazisində – paytaxt və ətrafındakı şəhərlərdə yaşayan gənclər arasında Azərbaycanda yaşamaq istəyənlərin xüsusi çəkisi isə daha aşağıdır. Azərbaycan, Abşeron sakini olan gənclərin ən çox yaşamaq istədikləri ölkələrin sıralamasında yeddinci yeri tutub. Paytaxtdan sorğuya qatılan respodentlər ən çox ABŞ-da, daha sonra Norveç və Almaniyada yaşamaq istədiklərini bildiriblər (bax: Cədvəl 4). Daha bir diqqət çəkən məqam Türkiyənin paytaxtdakı gənclərin seçimində ilk onluqda olmaması ilə bağlıdır.
Cədvəl 3: Abşeron ərazisində yaşayan gənclərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:
Yaşayış yeri ilə yanaşı, gender üzrə də gənclərin yaşamaq istədikləri ölkələrin seçimində müəyyən fərqlər qeydə alınıb. Qadın respodentlərin cavabları göstərir ki, onların ən çox yaşamaq istədikləri ilk üç ölkə ABŞ, Azərbaycan və Türkiyədir (bax: Cədvəl 4).
Cədvəl 4:  Qadın respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:
Kişi respodentlərin ən çox yaşamaq istədiyi ölkə ABŞ-dır. Həmçinin, onların seçimləri arasında Azərbaycanın mövqeyi qadınlara nəzərən daha aşağı – dördüncüdür (bax: Cədvəl 5). Kişi respodentlərin yaşamağa üstünlük verdiyi ilk üç ölkə, qadınların seçimlərindən fəqli olaraq, Azərbaycan və Türkiyə əvəzinə, Norveç və Kanadadır. Eyni zamanda, kişi respodentlər arasında “bilmirəm” cavabı da ən çox səsləndirilən 10 cavab variantından biri olub.
Cədvəl 5: Kişi respodentlərin “Hansı ölkədə yaşamaq istərdiniz?” sualına verdikləri cavabların göstəriciləri:
Agora-az.org
Tarix: 4-03-2023, 22:02
Xəbəri paylaş





Xəbər lenti