"Cahangir Əsgərov özünə təzə bığ qoyub, təzə aparat da alsın..." - ETİRAZ

"Cahangir Əsgərov özünə təzə bığ qoyub, təzə aparat da alsın..."
"Dünən gecə Hava limanındakı kassadan Naxçıvana bilet alırdım. Ödənişi kartla etmək istəyəndə kassadan dedilər pos-terminallarımız işləmir, gedin kartdan pul çıxarın, nəğd pul gətirin". DİA.AZ bildirir ki, bunu özünün "facebook" səhifəsində tanınmış ekspert Elyar İslamoğlu qeyd edib.

"Cahangir Əsgərov özünə təzə bığ qoyub, təzə aparat da alsın..."

Ekspert daha sonra yazır: "Bütün dünya kartla (nəğdsiz) ödəniş edir, ölkəmizdə də davamlı olaraq nəğdsiz ödəniş etməyə çağırış edilir, amma bu böyüklükdə Hava limanında bir dənə işlək post terminal yoxdur. Səhər bu məsələni ictimailəşdirəcəm" deyən kimi gedib pos-terminal gətirdilər.

Cahangir Əsgərov özünə təzə bığ qoyub, Hava limanının kassalarına təzə pos-terminal da qoysun".
Tarix: 6-03-2023, 11:01
Xəbəri paylaş





Xəbər lenti