Fazil Mustafa: “Heç olmasa, quru sərhədləri açaq, vətəndaş ölkəyə qayıda bilsin”


 
"Ombudsmanın məruzəsi qaneedicidir. Amma insan hüquqları ilə bağlı məsələ Ombudsmanın hüquqlarını aşan məsələdir".
Musavat.com xəbər verir ki, bunu Milli Məclisdəki müzakirələrdə çıxış edən deputat Fazil Mustafa deyib.
Deputat deyib ki, bu gün Azərbaycanda qanuni Ombudsman Aparatı var, digəri Qarabağda qeyri-qanuni “ombdusman” var, üçüncüsü də Naxçıvanda: "Bu gün Naxçıvandakı Ombudsman İnstitutu ləğv olunmalıdır. Orda yüzlərlə hüquqları pozulan insanlar var".
F.Mustafa bildirib ki, Konstitusiya ilə vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək hüququna malikdir, amma vətəndaşın qeydiyyatı ləğv edilir və o, bu hüquqdan məhrum olur. Deputat vətəndaşın ölkədən sərbəst çıxış və giriş hüququna malik olduğu barədə hüququna toxunub. Ardınca da “hardan qayıtmaq azadlığı var? Sərhədi bağlamışıq. Tələbələr bilet pulu olmadığına görə ölkəyə qayıda bilmədilər və zəlzələdə dünyasını dəyişdilər”-deyib. Sonra isə aviabiletlərin yüksək qiymətindən bəhs edib: “Yaxşı, AZAL göydəndüşmə qurumdur, onun müəyyən etdiyi qiymətə təsir etmək mümkün deyil. Heç olmasa quru sərhədləri açaq, vətəndaş ölkəyə qayıda bilsin”.
Deputat məhkəmə-hüquq sistemindəki problemlərdən də danışıb: “Məhkəmələr qorxur, birdən filan məmurun əleyhinə qərar çıxarsam, problemlərlə üzləşərəm”.
Qeyd edib ki, əlilliyin təyinatından tutmuş, digər məsələlərə qədər problemlər mövcuddur. F.Mustata deyib ki, işsizliyin sonunun hara aparacağını son vaxtlar müşahidə etməkdəyik, hamı xurafata meyllənir, bu, çox təhlükəlidir. “Ölkəmizin dünyəvi sistemi üçün böyük təhlükələr yaranmaqdadır”-deputat əlavə edib.
Tarix: 7-03-2023, 15:22
Xəbəri paylaş





Xəbər lenti