Emin Əmrullayev üçün şagirdlərin sağlamlığı bu qədərmi önəmsizdir?


 "Yazıb sizə bildiriəm ki, hal-hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi orada təhsil
alan şagirdlərin sağlamlığı üçün çox ciddi təhlükə yaradır. Toz-torpaq, kraska iyi,
təhlükəsizlik tədbirlərinin olmaması və.s kimi hallar orada oxuyan şagirdlərin
sağlamlığı üçün ciddi təhlküə yaradır".

Siam.az bildirir ki, bu barədə təhsil naziri
Emin Əmrullayevə ünvanlanan mütraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Maraqlıdır ki, nəyə görə bu təmir-bərpa
işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır? Nəyə görə bu hala nəzarət
olunmur? Eyni ilə bu cür müraciəti 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri
cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanlasam da
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb
Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə
təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də Mərkəzin
direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacarmışdır.
Dünən 06.03.2023-cü il tarixində məktəbdəki təmirlə bağlı çəkilmiş videonu da
şikayətimə əlavə edirəm. Təsəvvür edin kolidorda, dərs otaqlarında, müəllimlər
otağında bir sözlə qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın,
kraska və emusiya iyinin içərisində olmalıdır? Təmir vaxtı hansısa şagir yaralansa
buna görə kim məsuliyyət daşıyacaq? Mənim üçün maraqlısı odur ki, 28.02.2023-
cü il tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə
Dövlət Agentliyinə ünvanladığım şikayətdən sonra nəyə görə hələ də bu hala göz
yumulur? Elm və Təhsil naziri cənab Emin Əmrullayev üçün şagirdlərin sağlamlığı
bu qədərmi önəmsizdir? Təmir işlərinin bu vaxtı getməsinin “sirr”i nədir? Fikrimcə
bu “sirr”i media nümayəndələri araşdırıb tapa bilər. Xahiş edirəm şikayətim ciddi
şəkildə araşdırılsın".

Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

İlin bu vaxtı boya-badana işi görülür?
İlin bu vaxtı boya-badana işi görülür?


Tarix: 7-03-2023, 16:07
Xəbəri paylaş





Xəbər lenti