Üç otaqlı ev arzulayırdı, bir otaqlıdan da oldu - ŞİKAYƏT


İsmayıl Əsgərov birinci qrup gözdən əlildir. O, ilk dəfə 1991-ci ildə ev növbəsinə dayanıb və Yeni Yasamal ərazisində bir otaqlı mənzil alıb. Ailə üzvlərinin sayının artması ilə yenidən mənzil növbəsinə dayanan şikayətçi əvvəlki mənzilinin əlindən alındığını deyir.

İ.Əsgərov iddia edir ki, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev ona növbəti tikiləcək bir binadan üç otaqlı mənzil verəcəyini, amma vətəndaş qarşılığında əvvəlki evini notairus qaydasında başqa bir gözdən əlilə verməli olduğunu dediyini bildirib. Şikayətçi mənzilini versə də, ona vəd edilən evi almadığını bildirir.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev isə, bu ittihamları rədd edir.

Vəkil Cavad Cavadovun qənaətinə görə, vətəndaşın sözü gedən qurumdan evə tələbilə məhkəmədə iddia qaldırmasının hüquqi perspektivi yüksək olmasa da, hər halda müraciət edə bilərlər.

İ.Əsgərov bildirir ki, Gözdən Əlillərin sədri Səmiyar Abdullayevin vədinə aldanıb və bunu necə qaydasında qoyacağını bilmir.

Toplum TV



Tarix: 8-03-2023, 09:35
Xəbəri paylaş





Xəbər lenti