Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir


Azərbaycanın mobil rabitə sahəsində yerli kadrların yetişdirilməsi məqsədilə “Nar” İT ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Proqrama seçilən tələbələr “Nar”ın mobil rabitə şəbəkəsinə nəzarət edən peşəkar texniki heyətlə birgə çalışmaq və karyeralarını artıq indidən qurmaq imkanı əldə edir.

May ayının sonunadək davam edəcək proqram çərçivəsində 27 tələbə Şəbəkə texnologiyaları departamentində 
təcrübə keçir. Bu tələbələr Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya 
texnologiyaları fakültəsində təhsil alırlar.

Qeyd edək ki, korporativ sosial məsuliyyət siyasətinin təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” AzTU 
ilə uzunmüddətli əməkdaşlıq qurub. Əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası 
fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri 
təcrübə proqramlarına cəlb edilir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” 
son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator 
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün  xidmət təqdim edir.
Tarix: 9-03-2023, 14:34
Xəbəri paylaş





Xəbər lenti