"Dövlət bu işlərə qarışa bilməz" - Əkrəm Həsənov


“Dövlət daim belə məsələlərdə maarifləndirməlidir. Çünki aydın məsələdir ki, insanların çoxunun imkanı, vaxtı yoxdur ki, oturub belə şeyləri müstəqil şəkildə öyrənsin ki, harda məni aldada bilərlər və. s.”
Kommersant.az xəbər verir ki, bunu müxtəlif piramida üsulları ilə insanları cəlb etməyə çalışan şirkətlərin fəaliyyəti haqqında danışarkən hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, ümumən bazar iqtisadiyyatının prinsiplərindən biri odur ki, qanunla qadağan olunmayan hər bir fəaliyyəti göstərmək olar.
“Bu baxımdan dövlətində hər dəfə gəlib nəyisi də qadağan etməsi doğru və arzu olunan deyil. Əks halda dövlət insanların təşəbbüskarlığını məhdudlaşdıracaq. Bu məsələnin bir tərəfi”.
Ekspert qeyd edib ki, burda məsələ təkcə dövlətin üstünə düşmür:
“Kimsə hansı fəaliyyətlə məşğul olursa, şikayət yoxdursa, dövlət necə biləcək ki, belə bir fəaliyyət var. Gərək kimsə şikayət etsin, dövlət o zaman müəyyənləşdirəcək ki, bu fəaliyyət qanuna uyğundur ya yox. Dövlət bu işlərə qarışa bilməz”.
Ə. Həsənov qeyd edib ki, kimisə həmin sistem aldadırsa, pulu batıbsa, gərək həmin adamlar indi heç olmasa, şikayət etsin və cinayətkarlar da məsuliyyətə cəlb edilsin:
“Dövlətin isə burda yalnız bir məsuliyyətindən söhbət gedə bilər ki, maarifləndirmə ilə məşğul olsun. Bu baxımdan dövlət bu vəzifəsini yerinə yetirsə, yaxşı olar”.
Tarix: 9-03-2023, 22:36
Xəbəri paylaş





Xəbər lenti