“Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb



Mobil operator “Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti 
göstəricilərini açıqladı. 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran “Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb. 

2022-ci ildə müxtəlif sorğularla “Nar” mərkəzlərini ziyarət edənlərin 98.6%-i göstərilmiş 
xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı Mərkəzi və Nar+ tətbiqinə 
müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı Mərkəzində göstərilən 
xidmətdən abunəçilərin 89%-i, Nar+ tətbiqindən yararlananlardan isə 87%-i razılıq bildirib. 
Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan  “Nar” sosial 
platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta 
hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə 
ilə bağlı əməliyyatlar haqqında olub. 
Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini 
yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən Nar+ tətbiqinin 
təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir. 
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri 
göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil 
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli 
qiymət qarşılığında üstün xidmət təqdim edir.
Tarix: 10-03-2023, 21:55
Xəbəri paylaş





Xəbər lenti