“Universitet diplomlarımız Biləcəridən o tərəfə keçmir”-Rəşid Mahmudov


Son zamanlar mediada ən çox müzakirə olunan məsələlərdən biri də ali məktəblərə test üsulu ilə qəbulun özünü doğrultmaması və alternativ metodların tətbiqinin vacibliyidir. Doğrudur, test üsulu şəffaflıq və obyektivlik baxımından çox uyğun variant hesab edilsə də, şagirdlərdə əsasən sırf yaddaşa yönəlik vərdişlərin yaranmasına, əzbərçiliyə, analitik keyfiyyətlərin zəifləməsinə səbəb olmaqdadır.
 
Tanınmış ziyalı, tibb  elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Moderator.az-a açıqlamasında test üsulunun müsbət yönləri ilə yanaşı, mənfi təsirlərindən də söz açıb:
 
 “Test üsulu ilə qəbul sistemimizinin yaxşı tərəfi  rüşvətin  aradan qaldırılması,  mənfi  cəhəti isə, uşaqların universitetlərə əzbərçiliklə gəlməsidir. Onlar yazdıqlarını çox vaxt özləri də başa düşə bilmirlər”.
 
“Bizim diplomumuz Biləcəridən o tərəfə keçmir”
 
R.Mahmudov daha ciddi problemin  kökünü universitetlərdəki təhsildə görür:
 
“Bizim diplom Biləcəridən o tərəfə keçmir. Bu problemi aradan qaldırmaq üçün mükəmməl müəllimlər yetşdirmək lazımdır. Müəllimləri işə götürərkən ona bir il vaxt verilməlidir. Məsələn Azərbaycan Tibb Universitetini götürək, bu bir il ərzində həmin müəllimə ürək, qan-damar sistemi, həzm sistemi, mərkəzi sistemi ayrı-ayrı şəkildə  dərs-dərs öyrənilsin. Bunun üçün xüsusi komissiya ayrılmalıdır. Müəllim tələbəyə necə dərs deyəcəyi ilə bağlı əvvəlcə o komissiya qarşısında hesabat versin.  Bütün komissiya  qol çəkdikdən sonra müəllim dərsə buraxıla bilər.  Müəllim üçün nə dossent, nə kafedra müdürü, nə professor və s. heç bir vəzifə lazım deyil. Bizə öz sənətini mükəmməl bilən müəllim lazımdır.  Belə müəllimlərdən sonra universitetlərin səviyyəsi qalxacaq. Çünki bugnünü tələbələri universitetlərə rüşvətsiz daxil olublar.  
 
Tələbələr yüksək balla universitetə gəlir, amma  burada zəif müəllimlə qarşılaşırlar. Bu, bütün universitetlər üçün keçərlidir. Tarix müəllimi tarixi, riyaziyyat müəllimi riyaziyyatı, coğrafiya müəllimi coğrafiyanı yaxşı bilmir”.
 
“Müəllim, ilk olaraq, öz sənətini bilsin daha sonra, dossent akademik professor və s. ola bilər. bundan sonra biz tamamilə mükəmməl keyfiyətli kadr hazırlaya, dünyaya  çıxan alimlər yetişdirə bilərik. Mən bundan əminəm -”deyə, R.Mahmudov əlavə edib.  
Tarix: 11-03-2023, 07:56
Xəbəri paylaş





Xəbər lenti