Bu gün Tərtər rayonunda Vətən müharibəsi şəhidi İsmayıllı Şamilin bacısının toy məclisi keçirilib


Tərtər rayonunun Dəmirçilər kəndində  keçirilən məclisdə ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin  deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov,  şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad 
edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov ailə həyatı quran bəy və gəlinin 
valideyinlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və can sağlığı arzu 
edib. Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı 
ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas 
təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini 
vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət 
siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı 
hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də 
qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.”
 
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də 
Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində 
gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər 
rayonunun Dəmirçilər kəndində dəfn olunub.
Şəhid İsmayıllı Şamil sağlıqında "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" medalı, 44 
günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən 
sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif 
olunub.
Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab 
İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.
Tarix: 13-03-2023, 09:32
Xəbəri paylaş





Xəbər lenti