Pulumu tələb edirəm... təsəlli verirlər... - BU NƏDİ BELƏ?!


" "Unibank" kart vasitəsilə Türkiyəyə pul koçürmuşəm,325 dollar vəsait kartdan cıxilib
amma alıcıya çatmayıb.Unibankdan da deyirlər ki,yaxın günlərdə vəsait kartıniza qaytarılacaq.Dörd gündur hər gün zəng vururam pulumu tələb edəm təsəllidən başqa heç nə vermirlər.Neynəyək?
"Unibank" başda olmaqla... Banklar kimi sayır, hansı dövlətin qanunlarına tabedirlər?
Niyə bankların, idarə müəssisələrin, monopolist rüşvətxor, korrupsioner məmurların tələbləri, bəzən qanunsuz iddiaları operativ həll olunur sadə camaatı heç it yerinə də qoymurlar?
Özlərinin iyirmi qəpiyi vətəndaşda qalanda vətəndaşı məhkəməyə verirlər, evinin əşyasin satdirirlar amma vətəndaşın vəsaitini günlərlə gecikdirirlər heç bir məsuliyyət daşımirlar.
Özbaşinalıqdır... tay bu qədər də yox da..."

Şikayətçi: Cəsur Məmmədov
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 11-12-2023, 11:58
Xəbəri paylaş





Xəbər lenti