Çin gəmiləri Yaponiya ilə mübahisəli ərazi sularına daxil olub

Çin gəmiləri Yaponiya ilə mübahisəli ərazi sularına daxil olub Çinin üç gözətçi gəmisi Yaponiyanın da iddia etdiyi mübahisəli Senkaku adaları (Dyaoyuydao) sularına daxil olub.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunur ki, Çin gəmiləri təqribən iki saat mübahisəli zonada qalıb. Həmin ərazidə keşik çəkən Yaponiya gəmiləri onlara qarşı heç bir tədbir görməyib. Çin gəmiləri sonuncu dəfə bu əraziyə yanvarın 8-də daxil olub.

Çin və Yaponiya arasında Senkaku ilə bağlı ərazi mübahisəsi 2012-ci ilin sentyabrında Tokionun bu adaları şəxsi sahiblərindən aldığını birtərəfli qaydada elan etməsindən sonra kəskinləşib.
Tarix: 22-01-2017, 10:27
Xəbəri paylaş





Xəbər lenti