“Ukraynanın Donbasdan imtinası sülhə…” – Poroşenko

“Ukraynanın Donbasdan imtinası sülhə…” – Poroşenko Ukrayna Donbasdan və onun sakinlərindən imtina etməməlidir, belə strategiya ölkənin şərqində sülhə gətirib çıxarmayacaq

Bunu Ukrayna prezidenti Petr Poroşenko bəyan edib.

P. Poroşenko deyib ki, Ukraynada xəlvət və sakit formada Donbasdan və onun sakinlərindən imtina edilməsini istəyən siyasi qüvvələr var. Bu ideyanı qəbuledilməz sayan P. Poroşenko torpaqlardan imtinanın sülhə gətirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının bir neçə deputatı rəsmi Kiyevi nəzarətdən kənarda olan Luqansk və Donetsk vilayətlərinin ərazilərinə iqtisadi blokada tətbiq etməklə kifayətlənməməyə, faktiki onlardan imtina etməyə çağırıb. Məsələn, keçən ilin dekabrında deputat Semen Semençenko Ali Radaya Luqansk və Donetsk vilayətlərinin nəzarət edilməyən ərazilərinin müvəqqəti təcrid edilməsini və güclü təhlükəsizlik zolağı yaradılmasını təklif edib. (APA)
Tarix: 22-01-2017, 16:43
Xəbəri paylaş





Xəbər lenti