Taksidə başı kəsilmiş 7 nəfərin meyiti tapıldı

Taksidə başı kəsilmiş 7 nəfərin meyiti tapıldı Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, meyitlər bir neçə saat əvvəl qaçırılmış taksi maşınında aşkarlanıb. Avtomobil Mansanilyodakı yola atılıb.

Ekspertlərin qənaətinə görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub.
Tarix: 23-01-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti