Dünyada tanınmış “qanuni oğru” həbs olundu — Kiyevdə

Ukraynanın paytaxtı Kiyevdə “qanuni oğru” tutulub. Dünyada tanınmış “qanuni oğru” həbs olundu — Kiyevdə Siam.az ölkə.az-a istinadən xəbər verir ki, Ukrayna polisinin keçirdiyi əməliyyat nəticəsində Gürcüstan vətəndaşı olan, kriminal aləmin məşhur simalarından sayılan “qanuni oğru” Gela Kardava saxlanılıb. Bu barədə Ukrayna daxili işlǝr naziri Arsen Avakov bildirib. Onun sözlərinə görə, əməliyyat nazirliyin əməkdaşları tərəfindən həyata keçirilib.

“Kiyev polisi bu gün böyük bir əməliyyat keçirib. Keçirilənə məliyyat nəticəsində dünyada məşhur olan “qanuni oğru” saxlanılıb. Əməliyyat nəticəsində 42 yaşlı Gela Kardava tutulub. O, Ukrayna qanunlarının pozulmasına, oğurluq, qaçaqmalçılıq, insan oğurluğu və s. cinayətlərdə günahlandırılır”, - bu barədə nazir Facebook səhifəsində yazıb.

Bundan başqa, nazir bildirib ki, “qanuni oğru”nun hüquq-mühafizə orqanlarında yaxınlarının olduğu barədə şübhələr var. Məhz bu səbəbdən də, onun ətrafı barədə araşdırmalar aparılır.
Siam.az
Tarix: 11-02-2017, 17:22
Xəbəri paylaş





Xəbər lenti