Bu Çexiya vətəndaşlarını 15 ilə qədər cəza gözləyir

Bu Çexiya vətəndaşlarını  15 ilə qədər cəza gözləyir Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralyok cümə günü Çexiya radiosu ilə çıxışında deyib ki, Çexiya Respublikasının vətəndaşları, kürdlərin “Xalq Özünümüdafiə Dəstəsi” (YPG) adlı terror təşkilatı ilə əməkdaşlıqda ittiham üzrə Türkiyədə həbs edilmiş Marketa Vşelixova və Miroslav Farkas “cəzalarını vətəndə çəkə bilərdilər”.

Siam.az Azərtac-a istinadən xəbər verir ki, indi onları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Nazir əmin olduğunu bildirib ki, tərəflər bu məsələyə dair razılığa gələ biləcəklər. Vşelixova və Farkas terrorçularla əməkdaşlıqda ittihamları rədd edir və təkidlə bildirirlər ki, onlar “humanitar fəallar”dır”. Lakin onların YPG-nin terror fəaliyyətində iştirak etməsi praktiki olaraq sübut edilib.

Siam.az
Tarix: 12-02-2017, 09:24
Xəbəri paylaş





Xəbər lenti