Şimali Koreya liderinin qardaşı öldürüldü

Şimali Koreya liderinin qardaşı öldürüldü Yonhap xəbər agentliyi adının açıqlanmasını istəməyən bir hökumət nümayəndəsinə istinadən verdiyi xəbərində Kim Çen İnin ögey böyük qardaşı Kim Jonq-namın Malaziyada siyasi sui-qəsd nəticəsində öldürüldüyünü bildirib. Mərkəzi Cənubi Koreyada yerləşən Chosun tv kanalı isə şəxsiyyəti bilinməyən iki qadın agentin Malaziyadakı bir hava limanında Kim Jonq-nama zəhərli iynə ilə hücum etdiyini bildirib. Qadınların hadisə yerindən qaçdığı bildirilir. Qeyd edək ki, Şimali Koreyanın keçmiş lideri Kim Jonq-li ilə aktrisa Sunq Hae-nin evlilikdən kənar övladları olan Kim Jonq-nam ölkə xaricində heç bir rəsmi ünvanı olmadan yaşayırdı.

Aqil
Tarix: 14-02-2017, 17:56
Xəbəri paylaş





Xəbər lenti