Türk rus arvadını və iki uşağını öldürdü

Türk rus arvadını və iki uşağını öldürdü Türkiyə vətəndaşı Antalyada Rusiya vətəndaşı olan arvadını və iki uşağını öldürüb, sonra isə özünə qəsd edib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Antalyadakı Baş konsulluğunun nümayəndəsi bildirib.

"Biz Rusiya vətəndaşının və onun iki uşağının – oğlunun və qızının qətli haqda KİV-in informasiyasını təsdiq edirik. Cinayətkar özünə qəsd edib. Cinayət, ilkin məlumatlara görə, məişət zəminində baş verib", - deyə agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl türk KİV-i bildirmişdi ki, Türkiyə vətəndaşı Muammer Qyun öz oğlu Viktoru və qızı Leylanı şirniyyata pestisid əlavə etməklə zəhərləyib, sonra Rusiya Federasiyasının vətəndaşı olan arvadı Annanı tüfənglə öldürüb. Daha sonra isə polisə zəng vurub, hadisə haqda məlumat verib və intihar edib.
Tarix: 14-02-2017, 20:45
Xəbəri paylaş





Xəbər lenti