Trampla Rusiya kəşfiyyatının əlaqəsi: Telefon danışıqları ələ keçirildi

Trampla Rusiya kəşfiyyatının əlaqəsi: Telefon danışıqları ələ keçirildi Donald Trampın seçki kampaniyasının üzvləri Rusiya kəşfiyyatının yüksək rütbəli şəxsləri ilə görüşüb.

Cebhe.info xəbər verir ki, buna dair telefon danışıqlarının olması barədə xəbəri öz mənbəyinə istinadən “The New York Times” yazıb.


Mənbə bildirib ki, Amerika hüquq-mühafizə və xüsusi xidmət orqanları dəlil axtardıqları zaman telefon danışıqları ələ keçirilib. Rusiya demokratların komputer resurslarını ələ keçirməyə cəhd edib. Xüsusi xidmət orqanları isə Rusiya tərəfinin bu cəhdlərinin Tramp komandası ilə hər hansı əlaqəsini müəyyən etməyə çalışıb.

Mənbənin məlumatına görə, ələ keçirilən danışıqlarda təkcə Tramp qərargahının rəsmi nümayəndələri yox, namizədin digər tərəfdarları da iştirak edib. Rusiya tərəfdən isə danışıqları ölkə rəhbərliyinin xüsusi xidmət orqanlarında təmsil olunmayan nümayəndələri də dəstəkləyib.

Konkret şəxslərdən danışarkən mənbə Tramp adminstrasiyasına bir müddət rəhbərlik edən Pol Manafortun adını çəkib. Bu zamana qədər isə o, Ukraynada prezident Yanukoviçin siyasi məsələlər üzrə müşaviri olub.

Telefonda konkret nələrdən danışıldığı barədə məlumat verilməyib. Rusiya tərəfdən danışıqlarda iştirak edənlərin də kimliyi açıqlanmayıb.

Xəzər
Tarix: 15-02-2017, 10:41
Xəbəri paylaş





Xəbər lenti