“Ərəb baharı” yenidən başlayır?

Tunisin sabiq prezidenti Məhəmməd Munsif əl-Mərzuki Sudanın paytaxtı Hartumda təşkil edilən "Ərəb baharı" simpoziumunda iştirak edib. Sabiq prezident çıxışında maraqlı açıqlamalar verib. “Ərəb baharı” yenidən başlayır? "İnqilabımız uğursuz alındı. Misir inqilabı da çevriliş və beynəlxalq qüvvələrin təsiri ilə uğursuz alındı. Despotizm rejimi hakimiyyətə yenidən sahibləndi. İnqilabları islamçılar və ya solçular deyil, heç bir şeyi olmayan insanlar başladı. Ərəb inqilabları solçu, islamçı və ya demokratların ideologiyasına tabe tutulmadan öz-özünə inkişaf etdi. İnqilablar başa çatmadı, hələ indi başlayır”, - deyə Məhəmməd Munsif əl-Mərzuki bildirib.

Azərbaycanlı siyasətçilər isə bu fikirlərlə razılaşmırlar. Elxan Şahinoğlu Ölkə.Az-a açıqlamasında bildirib ki, “Ərəb baharı” elə Tunisdə başlayıb və uğurla nəticələnib. Onun fikrincə, “Ərəb baharı” artıq son günlərini yaşayır.

“Bu Tunisin sabiq prezidenti Məhəmməd Munsif əl-Mərzukinin şəxsi fikirləridir. Mən bu fikirlərlə heç razı deyiləm. “Ərəb baharı” elə Tunisdən başlamışdı, normal nəticə də orada əldə olundu. Burada demokratik seçkilərlə hakimiyyət dəyişdi və indi pis-yaxşı islahatlar keçirməyə çalışırlar. Digər ölkələrdə “Ərəb baharı” dövlətlərin dağılmasına, qanlı müharibələrə səbəb oldu. Liviya, Suriya və s. Ona görə də, “Ərəb baharı”nın yenidən başladığını demək düzgün deyil. Əksinə “Ərəb baharı” Suriyada ilişdi və bununla da inqilab başa çatacaq”.

Ziya Səccad
Tarix: 15-02-2017, 21:42
Xəbəri paylaş





Xəbər lenti