Pentaqondan açıqlama: Quru qoşunları göndəririk

Pentaqondan açıqlama: Quru qoşunları göndəririk ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində Suriyaya Quru qoşunları yeritməyi planlaşdırdıqlarını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "CNN Inernational"a açıqlama verən Pentaqon rəsmisi son sözü prezident Trampın deyəcəyini qeyd edib.

Quru qoşunlarının Suriyada müəyyən bir müddət əməliyyatlar keçirəcəyini deyən rəsmi, bu istiqamətdə veriləcək qərarın bir neçə həftəyə dəqiqləşəcəyini bildirib.

Bildirilir ki, bu plan təsdiqlənərsə ABŞ-ın Suriyadakı hərbi kontinigentinin planlarında böyük dəyişikliklər olacaq. Suriyada ABŞ-ın 500-ə yaxın hərbçisi olduğu bildirilsə də bəzi mənbələr bölgədə amerikalı əsgər sayının rəsmi rəqəmlərdən daha çox olduğunu iddia edir.

Qeyd edək ki, bölgədə "İŞİD-lə mübarizə" adı altında PYD-yə hərbi dəstək və təlim dəstəyi verən ABŞ Türkiyənin kəskin etirazları ilə qarşılaşır.
Tarix: 16-02-2017, 07:54
Xəbəri paylaş





Xəbər lenti