İsrail və İsveç arasında söz oyunu — Daha əvvəl haralarda idiniz?

İsveç hökuməti 2014-cü ildə Fələstinin tanınması ilə bağlı qərar qəbul etmişdi İsrail və İsveç arasında söz oyunu — Daha əvvəl haralarda idiniz? "Ölkə.Az" xəbər verir ki, bu qərardan sonra İsrail ilə İsveç arasında münasibətlərdə soyuqluq müşahidə edilmişdi. Bu günə qədər də tərəflər arasında məsxərəçi açıqlamalar davam edir.

İsveç parlamentində dünən xarici siyasət məsələləri müzakirə edilib. İsveçin xarici işlər naziri Marqot Vollström İsrail-Fələstin probleminin həlli üçün çalışacaq xüsusi nümayəndənin təyin ediləcəyini açıqlamışdı. Nazirin bu açıqlamasına İsrailin cavabı gecikməyib.

İsrailin xarici işlər nazirliyinin mətbuat katibi Emmanuel Nahson bildirib: "İsveç hökumətini dünyanın dörd bir yanına sülh gətirmək mövzusundakı uğurlarını nəzərə alaraq, bu bölgənin problemlərini həll etmək üçün qərar qəbul etdiyi üçün təbrik edirik. Bəs niyə daha əvvəldən gəlmirdilər?"

Hikmət
Tarix: 16-02-2017, 16:48
Xəbəri paylaş





Xəbər lenti