Dünya miqyaslı korporasiyanın sahibi həbs olundu

Dünya miqyaslı korporasiyanın sahibi həbs olundu Yon Koreya Respublikasının prezidenti Pak Kın Xenin də iştirakçısı olduğu korruösiya qalmaqalında iştirak etməkdə və rüşvət verməkdə günahlandırılır

Seul məhkəməsi Samsung şirkətinin faktiki rəhbəri Li Çje Yonun həbs edilməsi barədə qərar çıxarıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir. Yon Koreya Respublikasının prezidenti Pak Kın Xenin də iştirakçısı olduğu korruösiya qalmaqalında iştirak etməkdə və rüşvət verməkdə günahlandırılır. 2016-cı ilin oktyabrında mətbuatda Koreyanın bir sıra korporasiyaları tərəfindən prezident Pak Kın Xenin rəfiqəsi Soy Sun Silə rüşvət verildiyi və bunun əvəzində hökumətdən müəyyən güzəştlər aldığı barədə məlumatlar yer alıb. Qalmaqal Soy Sun Silin həbsi və Pak Kın Xenin vəzifəsindən kənarlaşdırılması ilə nəticələnib.
Tarix: 17-02-2017, 07:32
Xəbəri paylaş





Xəbər lenti