Azərbaycan ermənisi Ukraynanın «falına baxıb» - «Ukrayna dövlət olaraq yoxa çıxacaq!»

Azərbaycan ermənisi Ukraynanın «falına baxıb» - «Ukrayna dövlət olaraq yoxa çıxacaq!» AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Ukraynanın daxili işlər naziri, Azərbaycan əsilli erməni Arsen Avakov Ukraynanın «falına baxıb» və deyib: «Ukrayna bir dövlət kimi mövcud olmayacaq».

Onun sözlərinə görə, Donbasdakı münaqişə ölkə üçün bu nəticəyə gətirib çıxaracaq.

Nazir Almaniyanın «Die Welt» nəşrinə müsahibə verib və Donbasdakı vəziyyətlə bağlı Ukrayna üçün pessimist proqnoz səsləndirib. Məmurun sözlərinə görə, nəticədə Ukrayna öz dövlətçiliyini itirəcək, Ukraynalı qaçqınların Avropadakı sayı isə suriyalıların sayını əhəmiyyətli dərəcədə ötüb keçə bilər.

«Ukrayna, hətta mümkündür ki, müstəqilliyini itirsin və bir dövlət kimi mövcud olmasın» – deyə, Arsen proqnoz edib.

Onun sözlərinə görə, Ukrayna faciəsi Avropaya Suriya faciəsindən də güclü zərbə vuracaq. Məhz buna görə, Avropanın «Rusiyanın tərəfində çıxış etmək hüququ yoxdur».

«Avropa İttifaqına qaçqın sürüsü axışacaq. Hesab edirəm ki, Polşa və Baltik ölkələri bunu yaxşı anlayırlar. Əgər biz hadisələrin bu cür gedişini dayandırmasaq, onlar növbəti olacaqlar. Vacibdir ki, digər ölkələr də bunu anlasınlar» – deyə, Arsen əlavə edib.

Siam.az
Tarix: 17-02-2017, 07:35
Xəbəri paylaş





Xəbər lenti