ABŞ-ın fikri İranı silahlandırmaqdır... - Xamenei

ABŞ-ın fikri İranı silahlandırmaqdır... - Xamenei Amerika və Avropa illərdir İranı Atom Elektrik stansiyalarına görə yalandan təhdid edir.

Axar.az İSNA-ya istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının dini lideri Ayətullah Əli Xamenei açıqlayıb.

Xamenei Təbrizdə çıxışı zamanı onların bununla İranın fikrini yayındırmaq istədiyini deyib:

“Amerika İranı Avropayla nüvə sazişinin olmadığı halda vura biləcəyini deyib. Nəzərinizə çatdırım ki, buna bənzər təhdidləri Amerika və Avropa illərdir yalandan dilə gətirir. Onlar bununla İranın fikrini yayındıraraq, iqtisadi inkişafımızı ləngitmək, bütün gücümüzü silahlı qüvvələrə ayırmağımızı istəyirlər. Lakin onların bu arzusu reallaşmayacaq. İranın iqtisadi inkişafı göz qabağındadır və kimsə buna mane ola bilməz”.
Tarix: 17-02-2017, 07:56
Xəbəri paylaş





Xəbər lenti