Pentaqon rəhbəri ilə Rusiya müdafiə naziri arasında "əzələ nümayişi"

Pentaqon rəhbəri ilə Rusiya müdafiə naziri arasında "əzələ nümayişi" Pentaqon rəhbəri Rusiya ilə "güc nöqteyi-nəzərindən danışacaqlarını" bəyan edib

Pentaqon başçısı general Ceyms Mattis NATO üzvü olan ölkələrin müdafiə nazirlərinin iclasında ABŞ-ın Rusiya ilə əməkdaşlıq əlaqələrini bərpa etməkdə maraqlı olduğunu bəyan edib. Lakin Mattis Rusiya ilə "güc nöqteyi-nəzərindən danışacaqlarını" bəyan edib. Bun cavab olaraq RF müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib ki, Rusiya Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır, amma güc nöqteyi-nəzərindən dialoq cəhdlərinin perspektivi yoxdur. Şoyqunun sözlərinə Mattisin cavabı da maraqlı olub. "Rusiyanın bəyanatına cavab verməyə borclu deyiləm. NATO həmişə hərbi gücün və demokratik ölkələrlə azadlıqların müdafiəsinin tərəfdarı olub" — Mattis bildirib.
Tarix: 17-02-2017, 08:02
Xəbəri paylaş





Xəbər lenti