Ruslara ağır zərbə: - Araq bahalaşır

Ruslara ağır zərbə: - Araq bahalaşır Rusiya Baş nazirinin müavini Aleksandr Xloponin Maliyyə Nazirliyinə arağın minimal pərakəndə satış qiymətinə yenidən baxılması haqqında tapşırıq verib.

Axar.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, Xloponinin təklifinə əsasən, yarım litrlik alkoqollu içki 219 rubldan aşağı qiymətə satılmamalıdır.

Qeyd edək ki, Maliyyə Nazirliyi bir müddət öncə arağın minimal pərakəndə satış qiymətini 205 rubl olaraq təklif etmişdi. Hazırda Rusiyada yarımlitrlik arağın minimal pərakəndə qiyməti 190 rubldur.
Tarix: 17-02-2017, 09:31
Xəbəri paylaş





Xəbər lenti