Meksikanın ABŞ-la sərhədində döyüş gedir!

Meksikanın ABŞ-la sərhədində döyüş gedir! AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Meksikanın ABŞ-la sərhədində cinayətkarlarla hərbçilər arasında döyüş gedir.

Verilən xəbərə görə, Meksika hərbçiləri ABŞ-la sərhəd bölgəsində yerləşən Reynosa şəhərində (Tamaulipas ştatı) 8 cinayətkarı məhv edib.


Şəhər boyu silahlı toqquşma dalğası ötüb keçib, hələ də atışmaların davam etdiyi barədə xəbərlər yayılır.

«El Universal» qəzetinin məlumatına görə, dəniz piyadası ilə birlikdə həyata keçirilən miqyaslı əməliyyatda aviasiyanın köməyi ilə, quru qüvvələri bölmələri də iştirak edir.

Cinayətkarlar federal qüvvələrə fəal şəkildə müqavimət göstərir və yolları yanan şinlərlə, avtomobillərlə bloklayırlar. Hərbçilər və dinc əhali arasında həlak olmalar barədə məlumat verilmir. Şəhərdəki vəziyyət barədə rəsmi məlumatın gün ərzində veriləcəyi bildirilmişdi.

Fevralın 10-da Meksikanın Tepik şəhərində (Nayarit ştatı) ölkənin silahlı qüvvələri tərəfindən «Beltran Leyva» kartelinin 15 üzvünü, o cümlədən, kartelin başçısı Xuan Fransisko Sançesi məhv etmişdi. Genişmiqyaslı bu əməliyyatda aviasiya qüvvələri də hərəkətə gətirilmişdi.
Tarix: 18-02-2017, 10:14
Xəbəri paylaş





Xəbər lenti