NATO ABŞ-ın təklifini qəbul, Türkiyənin etirazını rədd etdi –Rusiyanı "qızdıracaq" kritik qərar verildi

NATO ABŞ-ın təklifini qəbul, Türkiyənin etirazını rədd etdi –Rusiyanı "qızdıracaq" kritik qərar verildi Qara dənizdə Rusiya qırıcılarının ABŞ savaş gəmilərinin üzərindən alçaqdan uçuşlar keçirməsindən sonra iki ölkə arasındakı gərginliyin yüksəldiyi bir ərəfədə NATO bu gün sərt qərar verib.

Strateq.az xarici mediaya istinadla xəbər verir ki, Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısında ABŞ NATO-nun Qara dənizdə əsgər sayının artırılmasını istəyib və Türkiyənin etirazına baxmayaraq, bu təklif qəbul edilib.


Toplantıda Türkiyəni təmsil edən müdafiə naziri Fikri Işık rəsmi Ankaranın ABŞ-ın təklifindən narahat olduğunu bildirib. O, Qara dənizdə əsgər və hərbi gəmilərin sayının artırılmasının Rusiya ilə gərginliyi daha da artıracağını deyib və bu səbəbdən belə bir addımı atmamağı məsləhət bilib. Lakin müzakirələrin sonunda belə qərara alınıb ki, Qara dənizdə NATO-nun əsgər və hərbi texnika sayı daha tədbirli formada artırılsın. Eyni zamanda, dənizdə NATO-nun yeni komanda mərkəzinin formalaşdırılması barədə qəbul olunub.

Beləliklə, bundan sonra Qara dənizə daha çox NATO hərbi gəmisi daxil olacaq. Bu gəmilərin idarə-komanda nəzarəti isə İngiltərədə olan "Marcom" bazasından həyata keçiriləcək. Türkiyənin narahatlığı nəzərə alınaraq, Rusiya ilə ehtimal olunan hər hansı bir gərginliyi əngəlləmək üçün gəmilərin bütün hərəkət istiqaməti əvvəlcədən Türkiyəyə bildiriləcək.

Qərarın may ayında keçiriləcək NATO-ya daxil olan dövlətlərin rəhbərlərinin toplantısından sonra tətbiqinə başlanacağı da açıqlanıb.
Tarix: 18-02-2017, 23:40
Xəbəri paylaş





Xəbər lenti