Kreml Abxaziya və Cənubi Osetiya ssenarisini Ukraynada təkrarlayacaq- POLİTOLOQUN PROQNOZU

Kreml Abxaziya və Cənubi Osetiya ssenarisini Ukraynada təkrarlayacaq- POLİTOLOQUN PROQNOZU “Moskvanın Donald Trampa inamı getdikcə azalır. Bunun nəticəsidir ki, Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk separatçılarının bölgədə yaşayan vətəndaşlara verdikləri “pasportları” tanıyan fərman imzalayıb. Bu o deməkdir ki, həmin “pasportlarla” bölgədə yaşayan insanlar Rusiyaya sərbəst daxil olacaqlar, yaşayış və iş yerlərində qeydiyyata alınacaqlar, yəni bütün sənədləri tanınacaq”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, böyük ehtimalla Moskvanın sonrakı addımı “Luqansk və Donetskin Respublikalarının” tanıması olacaq.
“Başqa sözlə, Kreml Abxaziya və Cənubi Osetiya ssenarisini Ukraynada təkrarlayacaq.
Moskva növbəti addım kimi isə “Luqansk və Donetsk Respublikaları” ilə hərbi əməkdaşlıq sazişi imzalayacaq və orada hərbi birliklərini yerləşdirəcək…”-deyə, politoloq sözlərinə əlavə edib.
Tarix: 19-02-2017, 09:17
Xəbəri paylaş





Xəbər lenti