Mosulda 93 İŞİD terrorçusu öldürülüb

Mosulda 93 İŞİD terrorçusu öldürülüb İraqın Daxili İşlər Nazirliyi fevralın 19-da Mosul şəhərinin qərb yamacında İŞİD terror qruplaşmasının mövqe və obyektlərinə endirilən aviazərbələrin kadrlarını yayıb.
Ordu aviasiyasının komandanı, general-leytenant Həmid əl-Maliki İraq vertolyotlarının həyata keçirdiyi 22 uçuş nəticəsində 93 İŞİD terrorçusunun məhv edildiyini bildirib.
İraq ordusu ABŞ-ın dəstəyi ilə fevralın 19-da İŞİD-i Mosuldan tam olaraq çıxarmaq üçün qurudan əməliyyatlara başlayıb.
Tarix: 20-02-2017, 09:19
Xəbəri paylaş





Xəbər lenti