İranda xalq ayağa qalxdı — Ordu və yerli sakinlər arasında toqquşma

İranda xalq ayağa qalxdı — Ordu və yerli sakinlər arasında toqquşma Qum fırtınasından sonra elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Xalq meydanlara axışıb. Rəsmi Tehran bölgədə interneti qadağan edib və İran İslam İnqilabı Keşikçilərinin əsgərləri xalqa müdaxilə edib. Bu isə toqquşmaya səbəb olub.
Qum fırtınası səbəbindən ərazidə maska taxmadan küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Ağ ciyər çatışmamazlığı və nəfəsalma probleminə görə bir çox sakin xəstəxanalara yerləşdirilib. 11 rayonda məktəblər və rəsmi dövlət idarələri tətilə buraxılıb.
Rejimi qorumaq üçün xalqa sərt müdaxilə etmək istəyən İnqilab Keşikçiləri toplaşan qrupu dağıtmaq istəsə də, yerli sakinlər tərəfindən döyülüb. Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub. (olke.az)
Tarix: 20-02-2017, 22:27
Xəbəri paylaş





Xəbər lenti