Xanım deputat toxunulmazlıq statusundan imtina etdi

Xanım deputat toxunulmazlıq statusundan imtina etdi Ukrayna Ali Radasının qalmaqallı deputatı Nadejda Savçenko deputat toxunulmazlığından imtina edib.

Cebhe.info xəəbr verir ki, bu barədə deputat sosial şəbəkədəki səhifəsində yazıb. Xanım deputat Facebook-da ərizəsinin fotosunu da paylaşıb. “Meydanın 3 ili. Artıq siyasətçilərin vetdiyi sözü tutmasının zamanıdır”,- deyə o yazıb.

Savçenko seçicilərə verdiyi sözü tutduğunu və deputat toxunulmazlığından imtina etdiyini açıqlayıb. Eyni zamanda bütün deputatları belə hərəkət etməyə çağırıb.

Ukraynada deputat toxunulmazlığı Konstitusiya ilə tənzimlənir. Dəfələrlə toxunulmazlığın ləğvi gündəmə gətirilsə də qərar verilməyib.

Xəzər
Tarix: 21-02-2017, 14:02
Xəbəri paylaş





Xəbər lenti