Britaniya korrupsionerlərin əmlakını müsadirə edəcək

Britaniya korrupsionerlərin əmlakını müsadirə edəcək Britaniya parlamentinin icmalar palatası ABŞ-ın “Maqnitski aktı”na bənzər qanun layihəsi qəbul edib. Yeni britaniya qanunu insan haqlarını pozmaqda günahkar bilinən xarici ölkə məmurlarının əlindən daşınmaz əmlakını almağa və aktivlərini dondurmağa imkan verəcək.

Qanun layihəsinin müəllifləri qanunun məmurların qanunazidd davranışlarına, onların işgəncə və digər insan haqları pozuntularında iştirakına görə tətbiq edilməsini təklif edib. Daxili işlər nazirinin əvəzedicisi Ben Uolles debatlarda qeyd edib ki, bütün dünya üzrə əliəyri məmurlar qanunun əhatə dairəsinə düşəcək.

Qanun layihəsi müxalif Leyboristlər partiyasından da dəstək alaraq yekdilliklə qəbul edilib. İndi onu lordlar palatasına göndərəcəklər, gözlənilir ki, burda da o, rahatlıqla səsvermədən keçəcək. Bundan sonra o, qanun statusunu alacaq.

Uzun müddətdir ki, belə bir qanunun qəbulunun tərəfdarı kimi çıxış edən “Hermitage Capital” fondunun təsisçisi Uilyam Brauder səsvermənin nəticəsini əsl triumf adlandırıb. O, hesab edir ki, qanunun qəbulu Rusiya və digər avtrokratik ölkələrin bivec məmurlarının qəlbinə qorxu salacaq.
Tarix: 22-02-2017, 08:05
Xəbəri paylaş





Xəbər lenti