Medvedev ruslara xəbərdarlıq etdi: «Hazır olmalıyıq!»

Medvedev ruslara xəbərdarlıq etdi: «Hazır olmalıyıq!» Rusiya baş naziri Dmitriy Medvedev «Rossiya 1» telekanalına müsahibəsində xalqa sanksiyalarla bağlı xəbərdarlıq edib.

Medvedev bildirib ki, Rusiya hələ uzun müddət sanksiyalar şəraitində yaşamağa hazır olmalıdır.

“Sanksiyaların hələ uzun müddət davam edəcəyini bilməli və hazır olmalıyıq. Qərb bu məhdudiyyətləri saxlamaq, genişləndirmək istiqamətində çalışır. İstəyirlər ki, bu sanksiyalar daimi olsun», deyə baş nazir qeyd edib.

Lakin Medvedev hesab edir ki, son iki ildə Rusiya sanksiyalara baxmayaraq, inkişaf etməyə qadir olduğunu sübut edib.

Gültəkin
Tarix: 1-03-2017, 07:43
Xəbəri paylaş





Xəbər lenti