Kerri münaqişələrin həlli ilə məşğul olacaq

Kerri münaqişələrin həlli ilə məşğul olacaq Birləşmiş Ştatların keçmiş dövlət katibi Con Kerri özünə yeni iş yeri tapıb. Siyasətçi bundan sonra Vaşinqtonun Karneqi Fondunda fəaliyyət göstərəcək.
RİA “Novosti” xəbər verir ki, qəbul edilmiş qərar barədə təşkilatın prezidenti Uilyam Berns məlumat verib.

O, belə bir təcrübəli əməkdaşa ehtiyac duyulduğunu bildirib.
“Con Kerrinin bütün dünyada sülhə bağlılığı Karneqi Fondunun missiyasına uyğundur”, – deyə Berns söyləyib.
Fond rəhbəri əvvəllər sabiq dövlət katibinin rəhbərliyi altında işləyib.
Tarix: 2-03-2017, 09:02
Xəbəri paylaş





Xəbər lenti