Amerikansayağı "Aşkı Memnu" - Baydenin oğlu əmisinin arvadı ilə eşq yaşayır - FOTO

Amerikansayağı "Aşkı Memnu" - Baydenin oğlu əmisinin arvadı ilə eşq yaşayır - FOTO ABŞ prezidentinin keçmiş köməkçisi Co Baydenin kiçik oğlunun əmisinin həyat yoldaşı ilə eşq yaşadığı üzə çıxıb.

Missiya.Az xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzeti Hunter Baydenin 2015-ci ildə vəfat edən əmisinin 43 yaşlı arvadı Halliy Baydenlə ər-arvad kimi yaşamağa başladığını ictimailəşdirib.

Bildirilir ki, Co Bayden və həyat yoldaşı oğullarının vəfat edən əmisinin arvadı ilə yaşamasından məlumatlıdır və bu münasibətə qarşı deyillər. O da məlum olub ki, Hunter Bayden 2015-ci ildə, yəni əmisinin xərçəngdən öldüyü ərəfədə arvadından boşanıb.

Amerikansayağı "Aşkı Memnu" - Baydenin oğlu əmisinin arvadı ilə eşq yaşayır - FOTO
lent.az
Tarix: 2-03-2017, 14:09
Xəbəri paylaş





Xəbər lenti