ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək ABŞ-dan gələn siqnallar onu deməyə əsas verir ki, onlar Rusiyaya tətbiq edilən sanksiyaları ləğv etməyə hazırlaşmır. Bu barədə “Rossiya 24” telekanalına Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çujov bəyan edib.
“Vaşinqtondan ictimaiyyətə verilən bəyanatlarda sanksiya siyasətinə yenidən baxılacağına dair əlamətlər görünmür”, – Çijov deyib.
O, əlavə edib ki, AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini yaxınlarda ABŞ-da olub. Çijovun fikrincə, o, sanksiyaların ləğvinin mümkünsüz olduğunu Vaşinqtona çatdıra bilər.
Mogerini fevralda ABŞ dövlət katibi Reks Tillersonla görüş keçirib. Görüşün nəticələrinə dayanaraq o, məlumat verib ki, Avropa Birliyi və ABŞ Rusiyaya münasibətdə sanksiyaların saxlanılmasına dair razılığa gəliblər.
Bundan əvvəl Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan edib ki, ölkə sanksiyaların qeyri-müəyyən müddətə qüvvədə saxlanılmasına hazır olmalıdır, ona görə ki, Qərbdə sanksiyaları qanunlarda “əbədiləşdirmək” cəhdlərinə baş vurulur. O, qeyd edib ki, “bu mənada bizim onların mərhəmətinə sığınmağımız lazım gəlməyəcək, belə ki, bizim buna ehtiyacımız da yoxdur”.

İlkin
Tarix: 3-03-2017, 07:54
Xəbəri paylaş





Xəbər lenti